Bu şəxslər üçün parklanma ödənişsiz oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gündən nəqliyyat vasitələrinin parklanmasına görə yeni qaydalar qüvvəyə minir.
Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Bakıda ümumilikdə 5 Parklanma zonası müəyyən edilib. Mərkəz zona şəhərin tarixi hissəsini, digər zonalar isə ordan kənarlaşdıqca, ətraf əraziləri əhatə edir. Hər zonaya uyğun ödəniş məbləği saatı 30 qəpikdən, 1 manatdək müəyyənləşdirilib. Nəqliyyat tələbinin aşağı olduğu 4-cü zona üzrə parklanma ödənişsiz olacaq.
Həmçinin, parklanma ərazisindən 100 metr sağ və sol məsafədə yerləşən binalarda qeydiyyatda olan sakinlər üçün parklama ödənişsizdir. Bunun üçün onlar aidiyyəti üzrə müraciət edib parklanma talonları əldə etməlidirlər.
Parklanmaya görə ödənişlər nağdsız formada həyata keçiriləcək.
Bütün parklama məntəqələrində nişanlar və məlumat lövhələri quraşdırılacaq.
Nəqliyyat vasitələri parklanma ərazisinə daxil olduqda mobil tətbiq vasitəsilə qeydiyyatdan keçəcəklər. Ərazidə agentliyin nəzarətçiləri olacaq, onlar mobil tətbiq vasitəsilə ödənişin olunub-olunmamasına nəzarət edəcək.
Daha ətraflı videoda:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#şəxslər #üçün #parklanma #ödənişsiz #oldu