Bu şagirdlər yüksək bal toplayıblar
BEY.AZ informasiya agentliyi xəbər verir
12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında 3 nəfər yüksək bal toplayıb.
Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı (297.5 bal) toplayıb.
Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə – müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.