fbpx

Bu tələbələr təhsil haqqından azad ediləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi şəxslər təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli bildirib ki, mövcud qanunvericiliyə əsasən, tələbə adını qazanmış müxtəlif kateqoriyadan olan abituriyentlərin təhsil haqqları dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Onun sözlərinə görə, bu il əsas yeniliklərdən biri də müharibə veteranları ilə bağlı olacaq.

Cabbar Hüseynli bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar da bu imkandan istifadə edə bilərlər.

Qanunvericiliyə əsasən, ali məktəblərdə ödənişli əsaslarla təhsil alan, orqanizm funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər də bu imtiyazdan yararlana bilərlər. Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə 20 yaşına çatmamış və orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minumumdan aşağı olan tələbələr təhsil haqqı ödəməkdən azad olunurlar.

Daha ətraflı videoda:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tələbələr #təhsil #haqqından #azad #ediləcək

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin