Bu təxribatlar erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı zərbədir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinq keçirib.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, Ceyhun Bayramov Ermənistanın ərazilərimizin işğalı nəticəsində yaratdığı qondarma rejimin 9 sentyabr tarixində “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırıb.
O, ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#təxribatlar #erməni #sakinlərin #nümayəndəsi #ilə #dialoq #səylərinə #qarşı #zərbədir