fbpx

Bu tarixdə balıq ovuna tətbiq edilən moratoriumun müddəti bitir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Balıqların kürüləmə dövrü ilə əlaqədar 2023-cü il mayın 1-dən sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

Metbuat.az Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatına istinadla bildirir ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etməməlidir. Qanunvericiliklə qadağan olunmuş ov alətlərindən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcək.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Rüya tabirlerini burdan oku

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tarixdə #balıq #ovuna #tətbiq #edilən #moratoriumun #müddəti #bitir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu