fbpx

Bu tarixlərdə həyatımız dəyişə bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Astroloji şərhləri ilə tez-tez gündəmə gələn məşhur astroloq Dinçer Güner mayın 19-da Buğa bürcündə yeni ayın yaranması ilə əlaqədar vacib açıqlamalar edib.

Metbuat.az həmin proqnozu təqdim edir.

“Mayın Buğa bürcündə yaranacaq yeni ay qarşıdakı 10 gün ərzində gündəmimizi dəyişəcək. Yeni ay Buğa bürcündə xoşbəxtlik, pul məsələlərini, yaradıcılığı, qidalanmanı, tənbəlliyi, təhlükəsizlik hissini, sənət və yaradıcılıqla bağlı məsələləri təmsil edir. Sakit davranmağa çalışsaq da, maliyyə təhlükəsizliyinə ehtiyacımız arta bilər. Yeni qazanc yolları artıra bilərik. Bu günlər ərzində yediyimiz şeylər bədənimizin daha asan kökəlməsinə səbəb ola bilər. Bizi daimi işlərin, layihələrin və münasibətlərin arxasınca qaçacağımız, rahatlığın artdığı bir ay gözləyir. Bu yeni ay maliyyə planlarımızı, büdcəmizi və layihələrimizin asılı olacağı maliyyə şərtlərini nəzərdən keçirmək üçün yaxşı fürsət olacaq”.

Fiziki fəallıq artdıqca idmana başlamaq və əzələ gücümüzdən istifadə etmək üçün yaxşı zamandır. Çətin layihələrin öhdəsindən asanlıqla gəlmək olar. Yeni işlərə başlamaq üçün yaxşı zamandır. Siz həmçinin digər insanlara kömək etmək üçün motivasiya olacaqsınız. Siz yaradıcılıqla məşğul ola, meditasiya edə, ruhunuzu sakitləşdirmək və dinclik tapmaq üçün müəyyən işlər görə bilərsiniz. Sağlamlığa gəldikdə isə 10 gün ərzində boyun, boğaz, səs telləri, badamcıqlar həssas ola bilər. Düşünürəm ki, bu yeni ay boyun nahiyənizə xüsusilə diqqət yetirməlisiniz.

Rüya tabirlerini burdan oku

AİDƏ / Metbuat.az





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#tarixlərdə #həyatımız #dəyişə #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu