fbpx

Bu uşaqlara 6000 manat müavinət veriləcək

Rüya Yorumları burda


Milli Məclisdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna edilən dəyişikliklər müzakirə olunub.

BEY.AZ xəbər verir ki, qanunun 8-ci maddəsinə əsasən, bu kateqoriyadan olan uşaqlar ilk dəfə işə düzələndə orta aylıq əmək haqqının beş mislindən az olmayan birdəfəlik müavinətlə təmin olunurlar. Hazırda bu məbləğ 5017,5 manatdır. Onlara həmçinin paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya bunların əvəzinə pul kompensasiyası (265 manat) verilir.

Dəyişikliklər çərçivəsində daha effektiv sosial təminat prinsiplərinin tətbiqi məqsədilə paltar və digər təminatların pul kompensasiyası ilə birləşdirilərək birdəfəlik müavinətin 6000 manat olaraq müəyyən edilməsi təklif olunub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.



Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu