fbpx

Bu vasitələr əlillərə pulsuz veriləcək



Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı təsdiqlənib.

BEY.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısı aşağıdakı kimidir:

1. Hərəkətlilik üçün reabilitasiya vasitələri

1.1. Yuxarı ətraf protezləri:

1.1.1. şin-dəri və ya modul tipli yuxarı ətraf protezi;

1.1.2. yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron

komplektləşdiricilərdən istifadə olunmaqla);

1.1.3. yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron

komplektləşdiricilərdən istifadə olunmamaqla);

1.1.4. yuxarı ətraf işçi protezi;

1.1.5. kosmetik yuxarı ətraf protezi;

1.1.6. yuxarı ətraf üçün ehtiyat protezləri.

1.2. Yuxarı ətraf protezləri üçün əlavələr:

1.2.1. yuxarı ətraf protezləri üçün kosmetik üzlüklər;

1.2.2. yuxarı ətraf protezləri üçün silikon içlik;

1.2.3. yuxarı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;

1.2.4. rezin yanlıqlı ayaqqabı;

1.2.5. taxma ucluq – maqqaş;

1.2.6. taxma ucluq – mişar dəstəyi;

1.2.7. taxma ucluq – ikiqat halqa;

1.2.8. taxma ucluq – çəkic;

1.2.9. taxma ucluq – iskənə;

1.2.10. taxma ucluq – qələm;

1.2.11. taxma ucluq – qarmaq;

1.2.12. taxma ucluq – kerner;

1.2.13. taxma ucluq – mişar üçün;

1.2.14. taxma ucluq – qayçı;

1.2.15. taxma ucluq – məngənə;

1.2.16. taxma ucluq – universal sıxac;

1.2.17. taxma ucluq – açar dəsti üçün;

1.2.18. taxma ucluq – ütü üçün;

1.2.19. elastik bint.

1.3. Aşağı ətraf protezləri:

1.3.1. şin-dəri və ya modul tipli aşağı ətraf protezi;

1.3.2. yüksək texnologiyalı aşağı ətraf protezi (elektron

komplektləşdiricilərdən istifadə olunmaqla);

3

1.3.3. yüksək texnologiyalı aşağı ətraf protezi (elektron

komplektləşdiricilərdən istifadə olunmamaqla);

1.3.4. pəncə protezi;

1.3.5. aşağı ətraf üçün ehtiyat protezləri.

1.4. Aşağı ətraf protezləri üçün əlavələr:

1.4.1. bud üçün corab (xovlu, yun, pambıq, neylon və s.);

1.4.2. baldır üçün corab (xovlu, yun, pambıq, neylon və s.);

1.4.3. aşağı ətraf protezləri üçün silikon içlik;

1.4.4. dermo corab;

1.4.5. aşağı ətraf protezləri üçün kosmetik üzlüklər;

1.4.6. elastik bint;

1.4.7. bud protezi üçün bandaj;

1.4.8. baldır protezi üçün bandaj;

1.4.9. aşağı ətraf protezlərini geyinmək üçün köməkçi vasitə;

1.4.10. protez üçün ayaqqabı.

1.5. Ortopedik ayaqqabılar:

1.5.1. sadə və ya mürəkkəb ortopedik ayaqqabı;

1.5.2. ortopedik başmaq.

1.6. Ortopedik ayaqqabılar üçün əlavələr:

1.6.1. ortopedik ayaqqabılar üçün korreksiyaedici içliksupinator;

1.6.2. ortopedik ayaqqabılar üçün korreksiyaedici içlik-pronator;

1.6.3. tvister.

1.7. Baş ortezləri:

1.7.1. baş ortezi (obturator).

1.8. Onurğa üçün ortezlər (korsetlər):

1.8.1. sərt korset (bədən, boyun üçün);

1.8.2. korreksiyaedici bandaj, yumşaq korset;

1.8.3. reklinator.

1.9. Yuxarı ətraf ortezləri:

1.9.1. şin-dəri, polimer və ya sintetik qatran tərkibli yuxarı ətraf

üçün ortopedik aparat;

1.9.2. karbonla hazırlanan yuxarı ətraflar üçün ortopedik aparat;

1.9.3. yuxarı ətraf üçün bandaj;

1.9.4. yuxarı ətraf tutoru.

1.10. Aşağı ətraf ortezləri:

1.10.1. şin-dəri, polimer və ya sintetik qatran tərkibli aşağı ətraf

üçün ortopedik aparat;

4

1.10.2. karbonla hazırlanan aşağı ətraflar üçün ortopedik

aparat;

1.10.3. yüksək texnologiyalı aşağı ətraf üçün ortopedik aparat

(elektron komplektləşdiricilərdən istifadə olunmaqla);

1.10.4. aşağı ətraf üçün bandaj;

1.10.5. aşağı ətraf tutoru.

1.11. Təkərli oturacaqlar:

1.11.1. universal mühərrikli təkərli oturacaq;

1.11.2. əlavə fiksasiyası (dəstəkləyici) olan mühərrikli təkərli

oturacaq;

1.11.3. qapalı məkanda (otaqda) istifadə üçün universal

mexaniki təkərli oturacaq;

1.11.4. əlavə fiksasiyası (dəstəkləyici) olan qapalı məkanda

(otaqda) istifadə üçün mexaniki təkərli oturacaq;

1.11.5. açıq məkanda istifadə üçün universal mexaniki təkərli

oturacaq;

1.11.6. əlavə fiksasiyası (dəstəkləyici) olan açıq məkanda istifadə

üçün mexaniki təkərli oturacaq;

1.11.7. sanitar-təchizatlı təkərli oturacaq.

1.12. Təkərli oturacaqlar üçün əlavələr:

1.12.1. təkərli oturacağın təkan çarxının üzlüyü;

1.12.2. mühərrikli təkərli oturacaqların akkumulyatoru;

1.12.3. isti örtük.

1.13. Əsalar və qoltuqaltı/dirsəkaltı ağaclar:

1.13.1. əsa (təkdayaqlı);

1.13.2. əsa (çoxdayaqlı);

1.13.3. qoltuqaltı ağac (təkdayaqlı);

1.13.4. qoltuqaltı ağac (çoxdayaqlı);

1.13.5. dirsəkaltı ağac (təkdayaqlı);

1.13.6. dirsəkaltı ağac (çoxdayaqlı).

1.14. Əsalar və qoltuqaltı/dirsəkaltı ağaclar üçün əlavələr:

1.14.1. əsalar, qoltuqaltılar, dirsəkaltılar və dördayaqlı hərəkət

çərçivəsi üçün rezin ucluq.

1.15. Digər hərəkət vasitələri:

1.15.1. şaquli, tənzimlənən çərçivə (statik vertikalizator);

1.15.2. dördayaqlı dayaq hərəkət çərçivəsi/vasitəsi (volker);

1.15.3. gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator);

1.15.4. hərəkətli qaldırıcı qurğu;

1.15.5. ayaq əyriliyi breketləri;

5

1.15.6. yıxılma detektorları;

1.15.7. çarpayı üçün dayaqlar.

1.16. Mühəccərlər/Tutacaqlar:

1.16.1. vanna otağı üçün mühəccər/tutacaq;

1.16.2. tualet otağı üçün mühəccər/tutacaq;

1.16.3. daşına bilən panduslar.

2. Özünəqulluq üçün reabilitasiya vasitələri.

2.1. Duş/hamam otağı üçün stul və ya kətil.

2.2. Tualet kreslosu.

2.3. Hopdurucu bez.

2.4. Hopdurucu mələfə.

2.5. Kolostoma torbası.

2.6. Urestoma torbası.

2.7. Kateterlər.

2.8. Tənzimlənən çarpayılar.

2.9. Süd vəzi protezi.

2.10. Ortopedik döşəkçə.

2.11. Ortopedik döşək.

2.12. Ortopedik yastıq.

2.13. Kompression və ya venoz corab.

2.14. Kompression və ya venoz kalqotka.

2.15. Kompression və ya venoz qolfi.

2.16. Geyinmə, soyunma və tutmaq üçün köməkçi vasitələr.

2.17. Tutacaq (kiçik əşyaları götürmək üçün).

2.18. Özünəqulluq üçün reabilitasiya vasitələrinin əlavələri:

2.18.1. yapışqantəmizləyən salfet;

2.18.2. yapışqantəmizləyən sprey;

2.18.3. krem;

2.18.4. absorbsiya tozu;

2.18.5. iyi neytrallaşdıran sprey;

2.18.6. təmizləyici salfet;

2.18.7. süd vəzi büsthalteri.

3. Görmə üçün reabilitasiya vasitələri

3.1. Brayl vasitələri:

3.1.1. Brayl əlifbası ilə yazılmış saat;

3.1.2. Brayl sistemi ilə yazı üçün cihaz.

3.2. Brayl sistemi ilə yazı cihazı üçün əlavələr:

3.2.1. Brayl sistemi ilə yazı üçün daş qələm (qrifel);

3.2.2. qabarıq-nöqtəli şriftlərlə yazı üçün kağız;

6

3.2.3. Brayl əlifbası;

3.2.4. Brayl əlifbası lövhəsi.

3.3. Görmə üçün digər reabilitasiya vasitələri:

3.3.1. optik böyüdücülər (lupalar daxil);

3.3.2. ekran oxuyucuları (skrinriderlər);

3.3.3. danışan kitab;

3.3.4. səsli tonometr;

3.3.5. səsli termometr;

3.3.6. ağ əsa.

4. Eşitmə üçün reabilitasiya vasitələri

4.1. Eşitmə aparatları:

4.1.1. eşitmə aparatı.

4.2. Eşitmə aparatı üçün əlavələr:

4.2.1. eşitmə aparatı üçün batareyalar;

4.2.2. eşitmə aparatı üçün qulaqlıq.

4.3. Eşitmə üçün digər reabilitasiya vasitələri:

4.3.1. eşitmə cihazı/FM sistemləri;

4.3.2. işıq/səs/vibrasiya ilə həyəcan siqnal cihazı.

5. Ünsiyyət üçün reabilitasiya vasitələri

5.1. ünsiyyət lövhələri/kitabları/kartları;

5.2. fərdi həyəcan-siqnalizasiya sistemləri;

5.3. səs protezi (səs aparatı).

6. Digər reabilitasiya vasitələri

6.1. minik avtomobili.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin