Son zamanlarda şəkər xəstəliyindən əziyyət çəkənlərin sayı artıb. Eyni zamanda bu xəstəlik cavanlaşıb, artıq daha gənc nəsillərdə də şəkər xəstələri var.
Bəs diabet xəstəliyi nədən yaranır? Hansı qidalar və içkilər orqanizmi şəkərə meyilləndirir?
Bu barədə BEY.AZ-a açıqlama verən həkim endokrinoloq Lamiyə Nəbibəyli bildirib ki, dünyada yarım milyarda yaxın şəkərli diabet xəstəsi var:
“Bunun 90 faizi Tip2 diabetin payına düşür. Tip2 diabet insulin dirənc volunda yaranan bir xəstəlikdir. Bu xəstələrdə mədəaltı vəz insulin ifraz edir. Lakin reseptorlar düzgün işləmədiyinə görə bədəndə, hüceyrələrdə qlükozanın qəbul olunmasında problem yaranır. Mədəaltı vəz uzun müddət, yəni 5-10-15 il yüklənmə rejimində işləyir və müəyyən müddətdən sonra artıq rezervi düşür. Nəticədə artıq insulin kifayət qədər ifraz edə bilmədiyinə görə şəkər formalaşır”.
Həkim xəstəliyin cavanlaşmasının səbəbini insanların daha az aktiv həyat tərzi yaşamasında görüb:
“Həddən artıq çox kalorili qida qəbulunun nəticəsində çəki artımı olur. Bu da nəinki orqanlara, eləcə də qaraciyərdə, qarın boşluğunda dəri altında piy toxuması toplanır və çəki artıqlığı, az aktiv həyat tərzinin olmağı, çoxlu kalori, qidanın qəbulu bu xəstəliyi daha da tezləşdirir. Burada həmçinin genetikanın da rolu var. Artıq elə bir nəsil yoxdu ki, orada şəkərli diabet xəstəliyi olmasın. Genetika və qeyri-sağlam həyat tərzi faktoru diabet xəstəliyinin daha tez formalaşmasına gətirib çıxardır. Ona görə də əvvəllər 40 yaşdan sonra daha çox tip2 diabet formalaşması olurdusa, indi 30 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Hətta 12, 13 yaşlarında belə prediabet, insulin dirəncini görə bilirik”.
L.Nəbibəyli qeyd edib ki, maksimum dərəcədə kaloriyə nəzarət etmək lazımdır:
“Gün ərzində heç olmasa 30 dəqiqə, həftədə 150 dəqiqədən az olmayaraq gəzmək, daha çox qidalanmada “Aralıq dənizi” pəhrizindən istifadəyə üstünlük vermək lazımdır. Tərəvəz, ağ ətdən daha çox istifadə etmək, fəstfuddan, unlu şirniyyat məhsullarından uzaq olmaq lazımdır. Bunları etməklə şəkərli diabet xəstəliyi, hətta genetikada varsa belə, onun əmələ gəlməyinin qarşısını almaq və yaxud ən azından gecikdirmək mümkündür”.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa