fbpx

Bu xəstəliyi olanlar qazlı içkilərdən uzaq durmalıdır

Rüya Yorumları burda

Qazlı içkilər insan orqanizmində bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Bunu BEY.AZ-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, bu içkilər 25 yaşa qədər olan insanlara daha çox zəzər verir:

“Bu da onunla əlaqəlidir ki, o yaşa qədər inkişaf prosesi gedir. Qazlı içkilərin tərkibində “natrium benzoat” maddəsi var. Bu boya maddəsi meyvə şirələrinin tərkibindəki C vitamini ilə reaksiyaya girərək, ölümcül xəstəliklərin yaranmasına səbəb olur. Digər problemlərdən biri isə ürək damar xəstəliklərinin əmələ gəlməsidir. Həmçinin, qazlı içkilərin tərkibində olan kofein həm aqressivliyə, həm də əsəbiliyə səbəb olur. Həmin insanlarda da aritmiya başlayır. Eyni zamanda, tərkibində həddindən artıq çox şəkər olduğu üçün, şəkər balansı pozulur və piylənməyə səbəb olur”.

Məhsəti Hüseynova qeyd edib ki, içkilərin plastik qablarda yerləşməsi də bir çox problemlərə yol açır:

Rüya tabirlerini burdan oku

“Otaqda 20 dərəcədən yuxarı istilik varsa, plastikin tərkibində olan “Bisfenol A” həmin içkinin tərkibinə keçir. Bu da birbaşa olaraq orqanizmə təsir edir. Həmin qazlı içkilərin tərkibindəki maddələrlə reaksiyaya girərək xərçəngin yaranmasına səbəb olur. Başqa bir zərəri isə diş sağlamlığınadır. Çünki, qəbul olunan şəkər və kimyəvi qatqı maddələri birbaşa olaraq diş çürüməsinə, kariyesə səbəb olur.

Çox qazlı içki istifadə edən insanların orqanizimində minerallar yuyulub gedir. Kalsium əriməsi baş verir. Bu, oynaqlarda sümük-skelet quruluşunun pozulmasına gətirib çıxarır. Tərkibində fosfor turşusu da var ki, böyrəklərdə daşların yaranmasına səbəb olur”.

Seyranə Quliyeva / BEY.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu