fbpx

Bu xəstəlik ölümlə nəticələnən əsas xəstəliklər arasında birincidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



“Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir”.

Metbuat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev “Bakı Ürək Günləri” VIII Beynəlxalq Konqresin açılış mərasimində deyib.

Z.Əliyev qeyd edib ki, ölkəmizdə də ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır.

“Tibbi xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsinin əsas meyarlarından biri kimi son 5 ildə əhalinin ölüm faizi yüksək olan və sayında davamlı artım müşahidə olunan xəstəliklər çıxış edir. Beləliklə təsadüfi deyil ki, məhz ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsi icbari tibbi sığortanın təminatında geniş yer alıb.

Rüya tabirlerini burdan oku

Qeyd edim ki, ürək-damar sistemi xəstəlikləri qrupuna aid ümumilikdə 400-ə yaxın diaqnoz üzrə xəstəliklər icbari tibbi sığortanın stasionar terapevtik müalicə təminatına daxil edilib. Bura ürəyin işemik xəstəliyi, miokard infarktı, ürək qapaqlarının zədələnməsi, anadangəlmə ürək qüsurları və sair xəstəliklər daxildir.

Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatların 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır”, – İTSDA rəsmisi əlavə edib.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#xəstəlik #ölümlə #nəticələnən #əsas #xəstəliklər #arasında #birincidir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu