fbpx

Bu yağlar qanı laxtalandırır, damarları zədələyir


Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.

BEY.AZ lent.az-a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur.

Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələri barədə xəbərdarlıq ediblər.

Qanın laxtalanmasının özü həddindən artıq qanaxmanın qarşısını alan ayrılmaz bir prosesdir. Ancaq qanda əmələ gələn laxtalar ciddi xəstəliklərə səbəb ola bilər.

Qan laxtalarının əmələ gəlməsinə kömək edən bir neçə amil var ki, onlardan biri də pəhrizdir. Yağlı və duzlu qidalar qan laxtalanmasını sürətləndirə bilər.

Mütəxəssislər vurğulayırlar ki, yağ seçimi də qan laxtalarının əmələ gəlməsinə təsir edə bilər. Tədqiqatlar göstərir ki, bitki yağlarında qızardılmış qidalar aterosklerozu tətikləyəbilər, bu da öz növbəsində qan laxtalanma riskini artırır.

Tərkibində omeqa-6 olan yağlara kanola, soya, günəbaxan və qarğıdalı daxildir. Onları yemək “pis” xolesterinin səviyyəsinin artmasına, həmçinin damarların zədələnməsinə və tıxanmasına səbəb ola bilər. Yüksək temperaturlara məruz qaldıqda, yağlar kimyəvi quruluşunu dəyişdirərək iltihaba səbəb ola bilər. İltihab aterosklerozun inkişafında əsas rol oynayır, qan laxtalanma riskini artırır



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin