Buça qətliamı dünyada rezonans yaradıb
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ prezidenti Co Bayden növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinin ünvanına sərt ifadələr səsləndirib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynada baş verən qətliamlara görə Putin məsuliyyət daşıyır. Bayden bildirib ki, mülki vətəndaşların işgəncə ilə öldürülməsinə görə, Putin məhkəmə qarşısında cavab verməlidir.
“O, müharibə cinayətkarıdır. Buçada olanları gördünüz” – deyə Bayden bildirib.
Qeyd edək ki, Buçadakı dinc insanların qətlə yetirilməsi ilə bağlı görüntülər dünya miqyasında böyük rezonans yaradıb.Rusiya tərəfi yayılan videoların saxta olduğunu irəli sürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.