Buğdanın qiymətinin bahalaşması ticarətçiləri hərəkətə keçirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Hindistan əlavə 500 min ton buğda ixracını nəzərdə tutan müqavilələr imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Bildirilir ki, 5 il ardıcıl rekord miqdarda məhsul əldə edən Hindistan buğda ehtiyatlarını artırıb. Rusiya–Ukrayna münaqişəsindən sonra qiymətlərin artması Hindistanı buğda ixrac etməyə sövq edib. Hindistanlılar bu vəziyyətdən istifadə etmək istəyir.
Müqavilələrə əsasən Hindistan ticarətçiləri 1 ton buğdanı 340-350 dollara satacaq. Əvvəl isə bu rəqəm 305-310 dollar arasında dəyişirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.