fbpx

“Bugünkü qadınlar əvvəlki nəsildən daha yaxşı övladlar yetişdirirlər”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Klinik psixoloq Gülşən Rüstəmovanın Metbuat.az-a müsahibəsini təqdim edirik:

Məşhur sualdan başlayaq, qadınlar nə istəyir?

Bu sual ən qədimdən insanları maraqlandırıb. Nə qədər mütəfəkkirlər, elm adamları bu suala cavab tapmağa çalışıb, axırda deyiblər biz qadını başa düşə bilmirik. Mən düşünürəm ki, qadını başa düşmək lazım deyil, sadəcə onu sevdiyinizi bildirin, bu bəs edəcək. Könül istər ki, insan hər zaman sevilsin. İstəməzdim bunu qadın və kişilərə bölək. Ümumiyyətlə, qadınlar üçün ayrı günün, kişilər üçün ayrıca günün olmasının tərəfadarı deyiləm. İnsanlar üçün xüsusi gün olmalıdır. Qadını ayrı, kişini ayrı bir varlıq kimi qəbul etməməliyik. İnsanı bütövlükdə bir varlıq kimi qəbul etməli, onu sevməliyik. Məncə bu, daha düzgün olar.

Rüya tabirlerini burdan oku

Qadınlar gec qane olandır, yoxsa, kişilər onları qane etməyi bacarmırlar?

Ümumiyyətlə, qadınların düşüncə tərzi kişilərinkindən çox fərqlidir. Kişilər konkret problemin həllinə yönəlik düşündüklərinə görə, onlara “lazımdır-lazım deyil”, “hə-yox” variantlarını seçmək daha asandır. Qadınların isə düşüncə tərzlərindən asılı olaraq, onlara hə-yox variantlarından başqa, “bir az hə”, “bir az yox”, “yarıdan bir az çox hə”, “yarıdan bir az çox yox” kimi variantlar uyğundur. Qadınlar bu incəlikləri, bu xırdalıqları sevirlər, ona görə qadınlar üçün nəyisə seçmək, onların istəklərini ödəmək çətindir. Çünki alternativlər çoxdur.

Bizim cəmiyyətdə bir qadın hansı çətinliklərlə üz-üzə gəlməli olur?

Bizim qadınların 98%-i sırf qadın olduqları üçün həyatının müəyyyən dönəmlərində daha çox üzüntü yaşayırlar. Bir qız övladına hamilə qalan qadından əri, qaynanası, qohumları oğlan övladı gözləyirlər. Onların gözləntisini doğrultmayan qadın üzülür, özünü məyus hiss edir. Onun bətnində olan qız övladı da ananın bütün üzüntüsünü hiss edir. Həyata üzüntü ilə gələn qadın o üzüntünü aradan qaldırmaq üçün ömrünün sonuna qədər çalışır.

Bir qadın olaraq cəmiyyətə lazım olduğunu təsdiqləmək üçün, özünü təsdiq edə bilmək üçün əksər qadınlar perfektsionizm xəstəliyinə tutulurlar. Daha yaxşı bişirim, daha yaxşı yuyum, daha yaxşı övlad yetişdirim, daha çox qazanım və s. kimi hədəflər seçirlər. Bizim cəmiyyətdə ətrafdakılardan çox, qadınlar özü özlərinə daha çox yüklənirlər. Özünə sərhədlər qoyan, daim özünü danlayan qadınlar daha çoxdur cəmiyyətimizdə.

Sizcə bizim toplumun insanları psixoloji olaraq ən çox hansı səhvə yol verirlər?

İnsanların ən çox etdiyi səhv budur deyərdim. Biz daha çox çalışırıq ki, ətrafımızdakı insanları incələyək, analiz edək, onların bizə münasibətləri ilə, bizə olan rəyləri ilə maraqlanaq. Səhvimiz budur ki, biz özümüzə dönük deyilik, özümüzü araşdırmırıq. Özümüzlə təklikdə qalıb düşünmək, düşüncələrimizi rəflərə yığmaq istəmirik. Bizim özümüzə qoya biləcəyimiz ən böyük kapital düşüncələrimizi nizama salmağımızdır. Nizama salmaq yaxşı olmaq, mükəmməl olmaq demək deyil. Sadəcə fərqində olmaqdır ki, sən hansı vəziyyətdəsən.

Qadınlarımızın ailələrdə rastlaşdığı ən ciddi problem hansıdır?

Bəzi qadınlar öz ərlərinin ikinci, üçüncü ailəsi olur və ya qeyri-rəsmi olaraq onlarla birlikdə yaşayırlar. Bu cür qadınlar özlərinə əsas kimi yox, ikinci, yedək kimi baxırlar. Bu cür qadınların düşüncələri mənə təəccüblü gəlir.

Bizim dövrün gənc xanımları özündən əvvəlki nəsildən nə ilə fərqlənirlər?

Bu gün ailələrdə qadınların vəziyyəti 10 il əvvəlkinə nisbətdə çox dəyişib. Bu gün qadınlar o məsuliyyəti üzərində hiss edir ki, o, ailənin istiqamətini dəyişə bilər. Bu qadınlar son illərdə bu cür gözəl gənclər yetişdiriblər. İndiki gəncləri çox sevirəm və tərifləməkdən doymuram. Gözəl analiz qabilyiyətləri var, özgüvənləri var. Tələbə gənclərimiz dərsləri ilə yanaşı özləri üçün part-time işlər tapırlar, sertifikat almaq üçün müəyyən kurslara gedirlər, könüllülüklə məşğul olurlar və s.Hansı ki, mən öz oxuduğumuz dövrdə gənclərdə bu şeyləri görmürdüm. Bu günün gənclərini bu cür yetişdirənlər məhz bizim qadınlarımızdır.

Ailələrdə qız uşaqlarına cinsi biliklərin öyrədilməməsi sonradan fəsadlara yol açır. Bizim toplumda isə bunu ayıb sayırlar. Bu mövzuda valideynlər necə davranmalıdır?

Uşaqlar 4 yaşından başlayaraq öz bədənlərini tanımağa başlayırlar, bədənlərinin daha həssas bölgələri isə onlara qəribə gəlir. Zehni olaraq düşünməyə başlayırlar ki, bu nə ilə əlaqadardır? Biz valideyn olaraq bütün cinsi bilgiləri övladlarımıza aşılamalıyıq. Çünki bizim cəmiyyətimizdə bir təzyiq var, şiddətə uğrayan insanlarımız xeylidir. Hətta yaşlı adamlar da cinsi zorakılığa məruz qalırlar. Öz əmi və dayıları tərəfindən cinsi şiddətə məruz qalan qadınlarımız olur. Bunları gizlədə-gizlədə biz övladımızı pis istiqamətə yönəldəcəyik. Valideyn özü etməsə də, bunun üçün mütəxəssisə müraciət etməlidir. Hər zaman təklif edirəm ki, bağçalarda və ibtidai siniflərdə cinsi tərbiyə üçün saatlar ayrılmalıdır.

Bir mütəxəssis olaraq xanımlarımıza hansı tövsiyələriniz var?

Qadınlara onu deyə bilərəm ki, sən qadın doğulduğun üçün bir addım öndəsən. Kainat sənə elə bir potensial bəxs edib ki, bütün dünyanı dəyişə bilərsən. Bunu duy.

Müsahibə üçün təşəkkürlər.

Cavidan Mirzəzadə / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bugünkü #qadınlar #əvvəlki #nəsildən #daha #yaxşı #övladlar #yetişdirirlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu