fbpx

Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Rüya Yorumları burda


Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.

BEY.AZ Palataya istinadən xəbər verir ki, keçirilmiş uyğunluq auditi ilə 47,9 milyon manat maliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib. Audit dövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrə öhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarının planlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakının qorunub saxlanılmasının, idarə edilməsinin və uçotunun aparılmasının bütün əhəmiyyətli aspektlər baxımından audit meyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılan olması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarından qənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımından dövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallarda cavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.

Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.






Rüya tabirlerini burdan oku
ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu