fbpx

Bulvarda uşaqların iştirakı ilə veloyürüş təşkil edildi

Rüya Yorumları burda


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların iştirakı ilə veloyürüş keçirilib. Tədbir Dənizkənarı Milli Parkda təşkil edilən mikromobillik zolağında baş tutub.

AYNA-dan Metbuat.az-a verilən məlumata görə, 8-12 yaş aralığında uşaqlar velosipedlərlə yürüşə qatılıblar. Daha aşağı yaş qrupuna aid uşaqlar isə yürüşdə skuterlərlə iştirak ediblər.

Əvvəlcə kiçik velosipedçilərə mikromobillik vasitələrindən istifadə qaydaları, təhlükəsizlik vasitələrinin (dəbilqə) vacibliyi, yol hərəkəti qaydaları izah olunub. Yürüş iştirakçılarına “Davranış qaydaları” adlı kitablar hədiyyə edilib.

Tədbirdə uşaqların sağlam böyüməsi və fiziki fəallığının artırılmasında velosipeddən istifadənin əhəmiyyəti vurğulanıb. Sağlam həyat tərzinin uşaqlara kiçik yaşlarından aşılanmasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində 6.5 km məsafəni əhatə edən davamlı mikromobillik zolağı yaradılıb. Zolaqlar Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Son olaraq Bulvar ərazisində velosiped yolunun təşkili ilə digər küçə və prospektlərdə salınan velosiped yolları əlaqələndirilib və tam bir dövrə tamamlanıb.




Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu