fbpx

Buna görə maaşdan əlavə kompensasiya ala biləcəksiniz

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Maaşın gec ödənməsi halı çoxlarının qarşılaşdığı problemdir.

Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, əksər hallarda özəl şirkətlər işçilərinə maaşı əmək müqaviləsində təyin olunan vaxtdan 3-5 gün, bəzi hallarda isə daha gec ödəyirlər.

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, bu hallarda qanunda gecikdirilən hər gün üçün maaşın 1 faizi həcmində işçiyə pul ödənməsi tələbi öncədən mövcud idi.

Ancaq Konstitutsiya məhkəməsinin yeni qərarına əsasən artıq işəgötürənlə işçi arasında fərdi əmək mübahisəsi maaşın gecikdirilməsinə səbəb olduqda da işçiyə əlavə kompensasiya ödənməlidir.

Rüya tabirlerini burdan oku

Məsələ ilə bağlı danışan hüquqşünas Ayazbəy Əhmədov bildirir ki, yeni qərar işçilərin hüquqlarının müdafiəsini daha da gücləndirir.

Yəni, əgər işəgötürənlə-işçi arasında fərdi əmək mübahisəsi səbəbindən onun 1000 manat olan maaşı 10 gün gecikirsə, işəgötürən buna görə də əlavə 100 manat həcmində vəsait ödəməlidir. Bundan başqa işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində həmin əlavə ödənişin verilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu kimi hallarda işəgötürən əlavə olaraq Əmək Müfəttişliyi Xidməti tərəfindən də cərimələnə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:







Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Buna #görə #maaşdan #əlavə #kompensasiya #ala #biləcəksiniz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu