fbpx

Bundan yeyənlər 100 il yaşaya bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bəzi qidalar uzun və sağlam həyat üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində uzun ömrün sirri olan bəzi qidalar müəyyən edilib.

Metbuat.az xəbər verir ki, uzunömürlülük üzrə mütəxəssis Den Buettner həkimlər və diyetoloqlardan ibarət araşdırma qrupu ilə birgə Yaponiyanın Okinava, İtaliyanın Sardiniya, Yunanıstanın İkariya və ABŞ-ın Kaliforniya bölgələrinə gedərək, 100 və daha yuxarı yaşı olan insanların yaşadığı ərazilərdə araşdırma aparıb. Elm adamları araşdırma ilə bağlı hesabat hazırlayıb. Onlar araşdırma nəticəsində yaşları çox olan insanlardan əldə etdiyi 150 pəhrizi təhlil edib və bu məlumatları cəmiyyətlə bölüşüb. CNBC-nin məlumatına görə, elm adamaları bu araşdırma nəticəsində ortaya çıxan bəzi tövsiyyələr irəli sürüb.

Yediklərinizin azı 90 faizi bitki mənşəli olmalıdır

Rüya tabirlerini burdan oku

Uzunömürlü insanlar mövsümi tərəvəzlərdən (xüsusilə ispanaq, kələm, şalgam yarpağı, çuğundur və pazı) istifadə edirlər. Digər mövsümlər üçün tərəvəzləri ya turşulayır, ya da qurudur. Yeməklərdə il boyu lobya, göyərti, şirin kartof, taxıl məhsulları, meyvələr və qəlyanaltılar üstünlük təşkil edir. Bundan əlavə, zeytun yağının süfrədə əhəmiyyətli yeri var. Məsələn, İkariya adasında məlum olub ki, gündə təxminən 6 xörək qaşığı zeytun yağı orta yaşlı insanlarda vaxtından əvvəl ölüm riskini 50 faiz azaldır. Uzun ömürlü insanlar orta hesabla təxminən 56 qram və ya daha az ət yeyirlər. Bunu adətən yeməyi şirinləşdirmək üçün istifadə edirlər.

Kaliforniyanın Mavi Zonasında yaşayan 96.000 sakinin iştirak etdiyi 12 illik araşdırma, cəmiyyətdə ən uzun yaşayanların az miqdarda balıq yeyən veganlar və ya pesko-vegetarianlar olduğunu müəyyən edib. Tədqiqatçıların fikrincə, burada vegetarianlar ət yeyənlərdən 8 il daha çox yaşayırlar.

Balıqlara diqqət yetirin

Mavi Zona sakinlərinin əksəriyyəti həftədə 85 qramdan az balıq yeyirlər və yeyilən balıqlar ümumiyyətlə civə və ya digər kimyəvi maddələrə yüksək məruz qalmayan balıq növləridir.

Hər gün bir paxlalı məhsul qəbul edin

Paxlalılar uzunömürlülük üçün hər bir pəhrizin əsasını təşkil edir. Kosta Rikada Nicoyada qara lobya, Aralıq dənizində mərcimək, noxud və quru lobya, Okinavada soya paxlası tez-tez istifadə olunur. Paxlalı bitkilərin hər qramında digər məhsullardan daha çox lazımlı maddə var. Uzunömürlü insanların çoxu gündə orta hesabla azı yarım stəkan paxla qəbul edir.

Şəkəri azaltmaq

Mavi Zona sakinləri Şimali Amerika bölgəsinin sakinləri ilə eyni miqdarda təbii şəkər istehlak edirlər. Yəni bu miqdar gündə 7 çay qaşığından çox deyil.

Elm adamları tövsiyyə edir ki, şirniyyat yemək istəyənlər, xüsusi günlərdə peçenye, şirniyyat və çörək məhsulları qəbul edə bilər. Qəhvə, çay və ya digər məhsullara əlavə edilmiş şəkəri gündə 4 çay qaşığından çox olmamalıdır.

Qəlyanaltı peçenye

Bir ovuc peçenyenin çəkisi təxminən 60 qramdır ki, bu da Mavi Zona sakinlərinin orta hesabla qəbul etdiyi miqdardır. İkariya və Sardiniyada badam, Nikoyada püstə və Kaliforniyada hər cür çərəzlər qəbul edilir. Araşdırmaya görə, tövsiyyə edilən quru meyvələrdən qəbul edənlər yeməyənlərə nisbətən orta hesabla iki-üç il daha çox yaşayır.

Çörəyə diqqət yetirin

Yalnız turş mayadan hazırlanmış çörək və ya 100 faiz tam buğda çörəyi qəbul etməyə çalışın. Bazarda olan çörəklərin çoxu ağardılmış ağ unla hazırlanır, bu da insulinin səviyyəsini sürətlə yüksəldir. Amma Mavi Zona sakinlərinin yediyi çörəklər ya tam taxıl, ya da turş mayadan hazırlanmış çörəklərdir. İkariya və Sardiniyada çörəklər buğda, çovdar və ya arpa kimi yüksək lifli tam taxıllardan hazırlanır və hər biri geniş çeşiddə qida maddələri təqdim edir.

Su için

Sərinləşdirici içkilərdən uzaq durmağa çalışın. Mavi Zonada yaşayanlar ümumiyyətlə su, qəhvə, çay və qırmızı şərab qəbul edirlər. Mavi Zona sakinləri gündə 7 stəkan su içməyi məsləhət görürlər. Araşdırmalar suyun qanın axınını asanlaşdırdırdığını və laxtalanma ehtimalını azaltdığını göstərir.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bundan #yeyənlər #yaşaya #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu