fbpx

Bunları çaya əlavə etməyin – Təəccüblənəcəksiniz

BEY.AZ informasiya agentliyi xəbər verir


Çayın faydaları haqqında çoxlu sayda araşdırmalar var.

Çay orqanizmi tonuslaşdırır, qocalma proseslərini ləngidir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, immun sistemi üçün faydalıdır, xərçəngəleyhinə təsirə malikdir.

Adətən, çayın dadını yaxşılaşdırmaq və ya onu daha da faydalı etmək üçün biz çaya şəkər tozu, bal, limon və s. əlavə edirik. Lakin mütəxəssislər bunu mənasız və bəzən hətta ziyanlı hesab edir.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrinə görə yaxşı çayın dadından zövq almaq və çayın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu təzə halda və heç nə əlavə etmədən içmək lazımdır.

Çay və şəkər tozu

Mütəxəssislərin fikirinə görə bu çayın dadını pisləşdirir və həmçinin faydalı xüsusiyyətlərini azaldır. Belə ki, araşdırmalar göstərib ki, şəkər tozu çayın xərçəngəleyhinə təsirini azaldır.

Çay və bal

Bal çox faydalı və müalicəvi məhsuldur. Lakin isti çayda həll olunmuş bal orqanizmə nəinki xeyir gətirməz, hətta mütəxəssislərin fikrinə görə, ziyan vura bilər. Balın tərkibində olan bir çox xeyirli maddələr (fitonsidlər, flavonoidlər, vitaminlər və s.) isti çayda parçalanır.

Bu səbəbdən baldan fayda almaq üçün onu ilıq suda həll edin.

Çay və limon

İnsanların əksəriyyəti belə fikirləşir ki, limonu çaya əlavə eməklə çayın faydası artır. Lakin bu belə deyil.

Limonun əsas faydası ondan ibarətdir ki, limon C vitamini ilə zəngindir. Lakin, C vitamini yüksək temperaturun təsirindən dağılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bunları #çaya #əlavə #etməyin #Təəccüblənəcəksiniz

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin