Bura çempion olmaq üçün gəlmişəm
Derbidə “Qalatasaray”a 3-1 uduzan “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun məşqdən sonra futbolçularla görüş keçirdiyi bildirilir.
BEY.AZ xəbər verir ki, o, “Fənərbaxça”ya çempionluq üçün gəldiyini bildirib. “Fanatik” qəzetinin məlumatına görə, komandanın derbidəki səhvlərini futbolçulara izlədən Mourinyo, onlara qəti mesajlar verib. Mourinyo bildirib ki, futbolçular derbidəki məğlubiyyəti unudaraq Avropa Liqasına motivasiya olmalıdır.
Xəbərdə portuqaliyalı çalışdırıcının “Bura çempion olmaq üçün gəlmişəm. Hər kəsin əlindən gələni etməsini istəyirəm. Bunu etməyənlər heç vaxt formanı məndən almayacaqlar” dediyi bildirilib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |