Buraxılış imtahanları bir mərhələdə keçiriləcək
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Həm IX, həm XI sinif üzrə buraxılış imtahanı bir mərhələdə keçiriləcək”.
Metbuat.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib.
O qeyd edib ki, imtahanlar 85 sualdan ibarət olacaq: “Proqramda əsas mənbə dərsliklərdir. Proqrama dərsliklərdən kənar heç bir element daxil edilməyib. Bacarıqlar da dərsliklər vasitəsilə formalaşır. Tövsiyə edərdim ki, dərslikləri oxumaqla yanaşı, imtahana hazırlaşanlar OTK.az saytında onlayn sınaq imtahanında iştirak etsin, I-XI siniflər üzrə DİM tərəfindən tapşırıq nümunələri kitabçalarına baxsınlar, dinləmə materialları DİM saytında yerləşdirilib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.