fbpx

Bürclərin eşq həyatı – Onlar tez peşman olurlar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İnsanların fərqli xüsusiyyətlər sərgiləməsinə səbəb olan hisslərdən biri də sevgidir. Amma bəzi bürclər sevəndə də əmin olduqlarını bilmək üçün gözləməyi seçirlər.

Metbuat.az bəzi bürclərin aşiq olanda necə davrandıqları haqqında məlumatı təqdim edir:

Siyahıya Tərəzilər liderlik edir. Tərəzi aşiq olduğu zaman öz seçimlərini, istəklərini bir kənara atıb eşqə təslim olarlar. Hava qrupuna aid olan Tərəzilər asanlıqla aşiq ola biləcək bir təbiətə malikdirlər. Bununla belə, Tərəzi bürcünün qeyri-sabit davranışı və qərarsızlığı münasibətlərində bəzi çətinliklərə səbəb ola bilər. Demək olar ki, hər mövzuda məlumatlı kimi təqdim etməyə meylli olan Tərəzilər münasibətlərində dəyişkənlik göstərə bilirlər. Amma həqiqətən aşiq olduqlarını bildikləri zaman Tərəzilər flörtdən qaçıb sevdiyinin əlindən tutmağı da hamıdan yaxşı bacarırlar.

Rüya tabirlerini burdan oku

Hava qrupuna aid olan Əkizlər sosial və ünsiyyətcil olmaları ilə tanınırlar. Tez bir zamanda aşiq ola bilən Əkizlər adətən münasibətlərdə doğruluğa önəm verirlər. Onların könlünü xoş etmək üçün bir qədər düşünmək hər zaman faydalıdır. Əslində Əkizlər üçün ən mühüm olan şey — fikir və danışıqdır. Onlar həmışə yeni ideya və duyğutar aclığı çəkirlər və elə ona görə də yeni-yeni insanlara ehtiyac hiss edirlər.Bağışlamağı bacaran Əkizlər lazım gələrsə keçmişi heç yaşanmamış kimi silə də bilirlər. Onlar görüşlərində çox dəyişkəndirlər və səhər özlərini xoşbəxt hiss etdikləri halda, axşam dərin depressiya içində ola bilərlər. Onlara yaxınlaşmaq üçün qısqandırmaq üsulundan istifadəni ağlınıza belə gətirməyin. Daima axtarışda olan Əkizlərin diqqətini cəlb etmək üçün onlar qədər maraqlı olmaq lazımdır. Əks halda münasibətdən sıxılan Əkizlər heç bir izahat vermədən gedə bilər.

Su qrupuna aid olan Xərçəng bürcü emosional xarakteri ilə tanınır. Onlar eşq münasibətlərində sıx bir bağ yaratmağa meyllidirlər. Ancaq bəzən ölçüsü çox olub, dramatik şouya da çevrilə bilər. Xərçəng bürcləri maraqları üst-üstə düşmədiyi tez bir zamanda yeni əlaqələr axtarışına çıxa bilərlər. Azadlığı sevən Xərçəngləri əlində saxlamaq sevgililəri üçün çətin məsələdir.

Aşiq olan zaman bunu etiraf etməyi yubadan Oğlaqlar bir müddət sonra, ağacların xışıltısı, quşların ötməsi belə ona xoş gəlməyə başlayar. Romantik ab-havada günlərlə öz-özünə gülümsəyən, pozitiv topa dönən Oğlaqlar etiraf edə bilmək üçün çox düşünə bilirlər. Addım ata bilsələr sevdiyinin əlindən tutmağı da yaxşı bacarırlar.

Şirlər sevən zaman da ağılla hərəkət edib, sevgisini ən yüksək pilləyə qədər daşıya bilərlər. Şirlər düşünür ki, dünyanın ən dəyərli insanı onların sevdikləridir. Onun ürəyini fəth edə bilmək üçün hər yola əl atan Şirlər sadiqdir olurlar.

Buğanın qarşısındakına hisslərini bildirməsi uzun zaman ala bilər. Onlar aşiq olan digər bürclər bilməlidirlər ki, Buğa ilə birikdə olmaq üçün səbirli və sakit olmağı bacarmaq lazımdır. Bu bürcdən olan insanların sadiqliyi sual altındadır. Çünki münasibədən narazı qalan Buğa bir müddət sonra axtarışa başlayır. Əslində bu bürc altında doğulanlar çox ehtiraslı və həssas olurlar. Dəyər verməyi bacarsalar da, bəzən kiçik ani hiss partlamalarında qarşısındakı insanı incidəcək qərarlar verə bilərlər.

Aidə / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bürclərin #eşq #həyatı #Onlar #tez #peşman #olurlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu