fbpx

Bütün xəstəlikləri bu qida yaradır

BEY.AZ informasiya agentliyi xəbər verir


Məşhur kardioloq və daxili xəstəliklər üzrə professor Canan Karatay marqarin yağı kimi qarışıq yağların xərçəng riskini artırdırdığını bildirib.

Televiziya verilişlərinin birində qonaq olan Karatay həkimlərin standart açıqlamasına qarşı çıxaraq bütün xəstəliklərin genetik olmadığını bildirib.

Metbuat.az olke.az-a istinadən xəbər verir ki, Karatay bir çox xəstəliklərin kökünün yanlış qidalanmadan qaynaqlandığını bildirib.

“Şəkərli, qazlı içkilər çox təhlükəlidir. Xüsusən də meyvəli şirələrin tərkibində brom adlı kimyəvi maddə var. Bu maddə zəhərdir. Orqanizmdəki bütün xəstəlikləri də o, törədir”.

Professor həmçinin vurğulayıb ki, qarpız və qovun mövsümü başlayanda, xəstələrində böyrək problemləri artır. Sidik turşusunun miqdarı çoxalır. Odur ki, qovun və qarpızı miqdarından artıq qəbul etməyin.

Əvəzində qırmızı ət, yumurta, lobya, həmçinin qurdlu almaya üstünlük verin. Qurdunu qəbul etmədən almanı yeyin. Çünki bu almalar çox faydalıdır.

Karatay həmçinin iki cür yağın xərçəngə səbəb olduğunu bildirib.

O deyib ki, 1950-ci ildən başlayaraq marqarin yağının Türkiyəyə ixrac olunması ilə ölkədə xərçəng və ürək xəstəlikləri geniş yayılmağa başlayıb. Çünki marqarinin tərkibində trans yağlar var.

Karatay onu da bildirib ki, hətta təbii yağı da çox isidəndə qarışıq yağ maddələri meydana çıxır. Odur ki, qızartmadan qaçmaq lazımdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin