fbpx

Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün torpaq sahəsi ayrıldı

Rüya Yorumları burda


2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində ümumilikdə 49,316 min hektar torpaq sahəsi olub.

BEY.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7 % çoxdur.

Bunun 93,4 %-i və ya 46,066 min hektarı Qarabağ iqtisadi rayonunda, 6,6 %-i və ya 3,25 min hektarı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 15,8 % çox və 48,5 % azdır.

Ötən il Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi 13,987 min hektar (5,8 % çox), Ağdamda 25,013 min hektar (1 563 dəfə çox), Bərdədə 649 hektar (1,1 % az), Füzulidə 4,611 min hektar (5,1 dəfə az), Tərtərdə isə 1,806 min hektar (16,2 % az) təşkil edib.

2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunda kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi 5 % artaraq 484 hektar, Qubadlıda dəyişməyərək 1,750 min hektar, Zəngilanda 164 dəfə azalaraq 25 hektar təşkil edib. Cəbrayıl rayonunda isə ilk dəfə 991 hektar kənd təsərrüfatı müəssisələrinin və fərdi sahibkar təsərrüfatlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi formalaşıb.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu