Cəlilabadda faciəvi şəkildə ölən şəxslərin FOTOLARI
Cəlilabadda su bəndində boğulan şəxslər dəfn olunub.
BEY.AZ-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğlu doğulduğu kənddə torpağa tapşırılıb.
Qeyd edək ki, hadisə bu gün sözügedən kənddə yerləşən su bəndində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və
nazirliyin dalğıcları axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |