fbpx

Cəbrayıl və Abubakr Avropa çempionu oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.

Metbuat.az xəbər verir ki, qitə birinciliyinin 6-cı günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb – 12:2. Hacıyev 1/4 finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb.

Cəbrayıl yarımfinalda türk İsmet Çiftçini üstələyib – 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşıb. Bu rəqibini çətinlik çəkmədən 8:1 hesabıyla məğlub edən Hacıyev ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib – 10:0. Abakarov 1/4 finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub 6:0.

Abubakr yarımfinalda türk Emre Çiftçiyə tam üstünlüklə qalib gəlib – 14:2. Milli üzvü həlledici görüşdə moldovalı Lilian Balana da aman verməyib. Cəmi 38 saniyəyə finalın taleyini həll edən Abakarov Avropa çempionu olub.

Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə alban Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib – 10:0. Ancaq həmyerlimiz 1/4 finalda gürcü Daviti Koquaşviliylə bacarmayıb – 2:13.

Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb – 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub – 5:9. Aydın bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparıb. Bu görüşdən 7:3 hesablı qələbəylə ayrılan pəhləvanımız bürünc medalı boynundan asıb.

Qeyd edək ki, Avropa çempionatının son günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib.

Xatırladaq ki, bir gün öncə milli üzvləri 2 qızıl və 2 bürünc medal qazanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin