Cəlilabadda iki min il əvvələ aid qəbir abidəsi aşkarlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Cəlilabad rayonunda 2 min il əvvələ aid qəbir abidəsi aşkar edilib.
Metbuat.az report.az-a istinadən xəbər verir ki, abidə rayonun Uzuntəpə kəndi ərazisində ev tikintisi ilə bağlı qazıntı aparılarkən tapılıb.
Qəbir abidəsində mərhum oturaq vəziyyətdə basdırılıb, qolunda tunc bilərzik, ətrafında isə saxsı qablar qoyulub.
Tapıntı ilə bağlı “Report”un yerli bürosuna açıqlama verən tarixçi Ələsgər Mirzəzadə qeyd edib ki, qəbir ilkin ehtimalla 2 min il əvvələ aid edilir.
Abidə ilə bağlı AMEA-ya müraciət edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.