fbpx

Cəlilabadda meşədə qəsdən yanğıntörətmə faktının üstü açılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 9-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonu, Oğrubulaq kəndi yaxınlığında meşə ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə, 13 saylı meşə dolayında 1 ha ərazidə kol-kos yanıb, xəsarət alan olmayıb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Rüya tabirlerini burdan oku

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin psixololi problemi olan Cəlilabad rayonu Fətullaqışlaq kənd sakini Quliyev Vəli Həzərxan oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Cəlilabadda #meşədə #qəsdən #yanğıntörətmə #faktının #üstü #açılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu