Cəlilabadın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərişıq” ASC Cəlilabad rayonunun 10 kəndinin elektrik şəbəkəsini yenidən qurur.
Metbuat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu işlər Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, investisiya layihəsi çərçivəsində görülür.
Həmin kəndlərdən ikisi Qamışlıgöl və Sadatlı kəndləridir. Yenidənqurma işləri çərçivəsində 84 abonenti olan Qamışlıgöl kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 14 km-dan çox 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənəcək. 80 abonenti olan Sadatlı kəndində də 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 5 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək. Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Bundan başqa, Cəlilabad rayonunun Albalan, Xəlilli, Güneyli, Allahverən, Məşədilər, Novruzallı, Məlikqasımlı və Yusublu kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 800-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.