Cənab Əliyevin dedikləri Türkiyədə və dünyada dillər əzbəri olur
BEY.AZ informasiya agentliyi xəbər verir
“Türkiyə həmişə ədalətli mövqe tutub. Türkiyə həmişə etibar edilə biləcək önəmli ölkə olub. Ukrayna müharibəsində bunu hər kəs bir daha qəti şəkildə müşahidə etdi”.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN türk televiziyasına açıqlamasında deyib. O bildirib ki, Ukrayna müharibəsinin sabitləşməsi üçün Türkiyənin göstərdiyi səylərdən sonra Ankaraya qarşı mövqe də dəyişib. Çavuşoğlu Türkiyəyə qarşı mövqeyin müsbət mənada dəyişdiyini Prezident İlham Əliyevin sözləri ilə xatırladıb:
“Bəzi etiraz etdiklərə məsələlərə müsbət yanaşmağa başlayıblar. Məsələn PUA-larımız Qarabağda qatil idi, Ukraynada mələk oldu. Bunu Cənab Əliev demişdi. Cənab Əliyevin sözləri Türkiyədə və dünyada dillər əzbəri olur. Müharibə zamanı da belə idi”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.