fbpx

Cənub sərhədlərimizdə başlayan təlimlər nəyə hesablanıb?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb.

XTQ-nin İranla sərhəddə təlimlərə başlaması cəmiyyətdə də olduqca geniş müzakirə olunub. Belə ki, bir çoxları hesab edir ki, bu təlimlər son günlər Azərbaycan-İran münasibətləri fonunda baş verənlərə qarşı cavabdır.

Metbuat.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu təlimlər daha əvvəllər də olub. Bunu sadəcə İranla əlaqələndirmək də doğru deyil:

Rüya tabirlerini burdan oku

“Xüsusi Təyinatlı Qüvvələrin sərhəd bölgəsində keçirdiyi təlimlər planlı təlimlərdir.
Bu ərazidə bizim xüsusi təyinatlılarımız daha əvvəllər də təlim keçib, indi də
keçir və yəqin ki, gələcəkdə də keçəcək. Bunu sadəcə İranla əlaqələndirmək də doğru olmazdı. Təbii ki, İranın bizə qarşı həyata keçirdiyi fəaliyyətlər
fonunda bu təlimlər İrana qarşı bir cavab reaksiyası kimi də qəbul edilə bilər.
Amma mən bunun yalnız İrana qarşı deyil, həm də Azərbaycana qarşı əzələ nümayiş
etdirmək istəyən, Ermənistanı, revanşistləri dəstəkləyən qüvvələrə
qarşı bir təlim olduğunun qənaətindəyəm”.

Ədalət Verdiyev: Hərbi məsələlərə zəruri miqdarda maliyyə vəsaitinin  ayrılması Prezidentin ordu quruculuğuna qayğısının göstəricisidir - AZƏRTAC

Ekspert bildirib ki, xüsusi təyinatlalıarımız Vətən müharibəsində dünyaya öz gücünü nümayiş etdirib. Ədalət Verdiyev bu təlimləri digər qoşun növləri ilə qarşılıqlı əlaqədə
yeni mümkün ssenarilərin qarşısının alınması istiqamətində atılan vacib addım
kimi dəyərləndirir.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu