fbpx

Cənubi Muğan kanalı 4 rayonun əkin sahələrini suvarır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Cənubi Muğan Kanalı İstismarı İdarəsi respublikanın dörd rayonunun əkin sahələrinin suvarılmasına xidmət edir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Belə ki, bunlar Cəbrayıl, İmişli, Biləsuvar və Cəlilabad rayonlarıdır. İdarənin balansında 136 km magistral kanallar var ki, ondan 46 km beton üzlüklü, 90 km isə torpaq məcrarlı kanallardır. Magistral kanallar üzərində isə 168 ədəd texniki qurğu mövcuddur. Onlardan 38 ədəd körpü, 36 ədəd hidropost, 24 ədəd səviyyəqaldırıcı qurğu, 68 ədəd isə suburaxıcı qurğulardır. Hazırda idarə plana uyğun olaraq kanallarda lildən təmizləmə işlərini həyata keçirir.

Rüya tabirlerini burdan oku

İlin əvvəlində Cənubi Muğan Kanalı İstismarı İdarəsinin əməkdaşları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin tapşırığı əsasında rayon ərazisində yerləşən bütün kəndlərdə sudan istifadə edən mülkiyyətçilərlə görüş keçirib. Görüş zamanı sudan qənaətlə və səmərəli istifadə olunması, növbəlilik qrafikinə əməl edilməsi, gecə suvarması zamanı suyun kollektor-drenaj şəbəkəsinə axıdılmasına yol verilməməsi mövzularında maarifləndirmə işləri aparılıb. Bundan başqa idarə tərəfindən cari ildə Təzə Cənubi Muğan, Köhnə Cənubi Muğan və Maşın qolu kanallarında lildən təmizlənmə işləri davam etdirilib. Əlavə olaraq kanallar üzərində olan hidrotexniki qurğular və istismar yolları da təmir olunub. Bundan başqa idarənin balansında olan nasos stansiyalara baxış keçirilərək təmir olunub və yenidən istismara verilib.

Qeyd edək ki, Cənubi Muğan Kanalı İstismarı İdarəsi Biləsuvar, Cəlilabad, İmişli və Cəbrayıl rayonlarının 85 min hektara yaxın əkin sahəsinin suvarılmasına xidmət edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu