Cahangir Əsgərov fəaliyyətini bu qurumda davam etdirəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Son vaxtlar adı tez-tez medianın gündəmindən düşməyən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sədri Cahangir Əsgərovun bu şirkətdəki 27 illik karyerasına nəhayət son qoyuldu. O, sentyabrın 1-də ölkə başçısının sərəncamı ilə tutuduğu vəzifədən azad edilib.
AZAL-dakı vəzifəsini itirən Cahangir Əsgərovun ali təhsil ocağında dərs dediyini yəqin ki çoxları bilmir.
Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, AZAL-ın rəhbəri həm də Milli Aviasiya Akademiyasında çalışır.
Belə ki, o, hazırda Akademiyanın Avianəqliyyat istehsalatı kafedrasının müdiri vəzifəsini tutur.
Kafedra müdiri vəzifəsində çalışan Cahangir Əsgərov texnika elmləri namizədi olaraq Milli Aviasiya Akademiyasının dosentidir.
Qeyd edək ki, Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-sədri idi. 27 il AZAL aviaşirkətinə rəhbərlik edən C.Əsgərov bu posta gəlməzdən öncə aviadəstə kapitanı, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1993-cü ildən AZAL-ın Türkiyədə baş nümayəndəsi vəzifələrində işləyib.
AZAL-ın təyyarələri ilə uçan sərnişinlər daim bu şirkətin təyyarələrində biletlərin baha satılmasından şikayətlənib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Cahangir #Əsgərov #fəaliyyətini #qurumda #davam #etdirəcək