Cahit Bağçı Azərbaycan xalqına başsağlığı verib
BEY MEDIA İnformasiya agenti xəbər verir
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Metbuat.az xəbər verir ki, o, tviter hesabında paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”, – səfir bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.