Cari il üçün iqtisadi artım proqnozunu dəyişmədi
2024-cü ilin iyul ayının yenilənmiş proqnozlarına görə, Azərbaycanda ÜDM artımının 3.5-4%, qeyri neft ÜDM-in isə 5.5-6% artacağı gözlənilir.
BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, iyul ayının proqnozları aprel ayının proqnozları ilə müqayisədə dəyişməyib. 2025-ci ilə gəldikdə isə iqtisadi artım 2-2.5% intervalında, qeyri-neft sektorunda iqtisadi artım isə 4-5% intervalında olacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |