“Çarpayını görəndə şoka düşdü” – Rejissor Günayın sənətə gəldiyi ilk vaxtdan danışdı / VİDEO
BEY.AZ informasiya agentliyi xəbər verir
Aktyor və rejissor Səyavuş Hüseynli müğənni Günay İbrahimli ilə bağlı açıqlama verib.
Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, “MTV” kanalında yayımlanan “Üzədüz” proqramına qonaq olan aktyor İbrahimlinin sənətə gəldiyi yeni vaxtlardan danışıb. Hüseynli həmin vaxtlar Günayın böyük kompleks yaşadığını deyib:
“Yadıma gəlir ki, Günay İbrahimli “Yeni ulduz”da olarkən Xalq Artisti Zülfiyyə Xanbabayevanın hansısa mahnısını ifa etməli idi. Ayrılıq səhnəsi idi. Çarpayı qoyduq, qalstuk və sairə… Səhnə belə idi ki, sevgilisi qızı atıb gedib.
Günay bu səhnəni görəndə şoka düşdü ki, bu məndə kompleks yarada bilər, başqa cür qəbul oluna bilər. Evdən icazə ala bilmərəm. Ona təkid etdik ki, bu, bir insanın sevgi hekayəsidir, bədii tərəfdən baxmalısan. Amma, maşallah, Günay İbrahimli indi səhnəmizin ən cəsarətli müğənnilərindən biridir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.