fbpx

“Çarpayının altından çıxıb arvadımı öldürdüm, sonra xaş yeməyə getdim”

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Aqil Mustafayevə hökm oxunub.

Metbuat.az qafqazinfoya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyulunda baş verib. O, qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

Rüya tabirlerini burdan oku

Məhkəmə istintaqında məlum olub ki, Aqil Mustafayev arvadı Nərgiz Mustafayevanın işdən gec qayıtdığını düşünərək ona zəng edib. Telefona zəng çatmadığı üçün əsəbiləşib. Bir qədər sonra arvadı ona geri zəng edərək Tərtərdə xınayaxdı mərasimində aparıcılıq etdiyini, müdirinin onun telefonu ilə danışdığını deyib. Gecə saat 1 radələrində Nərgiz evə gəlib. Aqil arvadının ona xəyanət etməsini ehtimal edib və çarpayının altında gizlənərək onun telefonla danışığını dinləyib. O, Nərgizin sakit səslə başqa şəxslə danışdığını gördüyünü deyib. Sonra cinayəti törətmək qərarına gəlib. A.Mustafayev çarpayının altından qəfil çıxaraq həyat yoldaşının müqavimətini qırdıqdan sonra onu boğaraq öldürüb.

Məhkəmədə dindirilən A.Mustafayev deyib ki, əvvəllər xanımı ilə münasibətləri normal olub: “Nərgiz xınayaxdı şənliklərində aparıcılıq edirdi. Normalda işdən 9-10 radələrində gələrdi. Son 2 ayda evə gec gəlməyə başladı, gecə 12-1 radələrində gəlirdi. Kiminləsə telefonla danışdığını görmüşdüm deyə içimdə şübhə yaranmışdı. Nərgiz mənə iş yoldaşları ilə danışdığını deyirdi. Daha sonra boşanmaq üçün məhkəməyə ərizə verdiyini dedi. Sonuncu dəfə mənə yalan danışdığını hiss etmişdim. Hadisə günü evə gecə saat 2-də gəldi. Bir maşın Nərgizi düşürüb getdi. Çarpayının altında gizlənib onun danışığına qulaq asdım. “Kirayə tutub, gedib başqa yerdə qalarıq” dediyini eşitdim. Çarpayının altından çıxıb Nərgizi boğdum. Sonra kafeyə gedib xaş yedim. Daha sonra taksiyə minib polis şöbəsinə getdim. Belimdən kəməri çıxarıb növbətçi polisə təqdim edərək arvadımı öldürdüyümü dedim”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu