“Cavab zərbələrimiz ildırım sürəti ilə olacaq”
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya prezidenti xarici müdaxiləyə qarşı cavab tədbirləri “ildırım sürəti ilə” olacağını deyib.
Metbuat.az “The Guardian”a istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda “qərb Rusiyanı parçalamaq istəyir” deyib və Qərbi Ukraynanı Moskva ilə münaqişəyə sövq etməkdə ittiham edib: “Əgər kimsə baş verən hadisələrə kənardan müdaxilə etmək və Rusiya üçün qəbuledilməz olan strateji təhdidlər yaratmaq niyyətindədirsə, bilməlidir ki, bizim cavab zərbələrimiz ildırım sürəti ilə olacaq. Bunun üçün bizdə bütün vasitələr – heç kimin indi malik ola bilmədiyi texnikalar var. Biz isə öyünməyəcəyik, lazım gələrsə, onlardan istifadə edəcəyik və hər kəsin bunu bilməsini istəyirəm”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.