fbpx

Cavanşir körpüsü artıq bağlıdır – Yeni istiqamətlər belədir


Hazırda Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar Afiyəddin Cəlilov -Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

BEY.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd edilib ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu