Çavuşoğlu Ərdoğanın səhhətindən danışdı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Prezidentimizin səhhəti çox yaxşıdır. Davamlı olaraq telefon danışıqları aparır”.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) planlaşdırılan səfərinə də toxunub.
“Onun sözlərinə görə, bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.
Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un “Omicron” ştamına yoluxub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.