fbpx

Çavuşoğlu Blinkenlə danışdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə RusiyaUkrayna böhranı ilə əlaqədar son hadisələr müzakirə edilib. Çavuşoğlu Türkiyənin Rusiya ilə Ukrayna arasında gərginliyi dialoq yolu ilə azaltmaq cəhdləri barədə həmsöhbətinə məlumat verib.

Rüya tabirlerini burdan oku

Görüşdə Suriyanın şimalında baş verən hadisələrin də müzakirə edildiyini bildirən Çavuşoğlu PKK-YPG-nin Suriyadakı separatçı fəaliyyətlərinə və dinc əhaliyə qarşı hücumlarına diqqət çəkib və Türkiyənin bu terror təşkilatına qarşı mübarizəsinin qətiyyətlə davam edəcəyini vurğulayıb.

Tərəflər həmçinin Ermənistanla davam edən normallaşma prosesini müzakirə ediblər.

Çavuşoğlu Blinkeni 11-13 martda keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edib.

Görüş zamanı Blinken koronavirusa yoluxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana ən xoş arzularını çatdırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu