Çavuşoğlu Lavrovla gündəmə çevrilən məqamdan DANIŞDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 10-da Antalyada keçirilən görüşdən sonra fotosessiya zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla aralarında gərginlik yaşanması barədə iddialara münasibət bildirib.
Metbuat.az Habertürk-ə istinadən xəbər verir ki, bu barədə nazir özü bildirib. Onun sözlərinə görə iddialar həqiqəti əks etdirmir, həmkarlar sadəcə bir-birləri ilə zarafat ediblər. Belə ki, durduqları xəttin üstündə nöqtələr olub, onlar həmin nöqtələri bir-birlərinə göstəriblər. Çavuşoğlunun durduğu yerdə xəttin üstündə sarı işarə olub, “Lavrov səninki niyə sarıdır?” sualını verib. Bu səbəbdən də gülüblər.
“Zarafatlaşırdıq, problem yoxdur”, – deyə Çavuşoğlu bildirib.
https://www.youtube.com/watch?v=NKr90tzMkNQ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.