fbpx

“Çay olmaz, mütləq yemək yeməlisən”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son vaxtlar paytaxtla yanaşı rayonlarda yerləşən bir çox istirahət mərkəzlərində də depozit tələb kimi qoyulmağa başlanıb. Bəzi hallarda getdiyimiz məkanlarda sadə çayın verilmədiyini, mütləq yemək sifariş verməli olduğumuzu və ya müəyyən məbləğin üzərində sifariş etməyin məcbur olduğunu görürük. Bəs bu, qanunidirmi?

Bəzi müştərilərin narazılığına səbəb olan bu qayda ilə bağlı Hotellər və Restoranlar Assosiasiyasının sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Metbuat.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, restoranın depozit tarifi onun işinin itkisiz işləməsinin bir növ təminatçısıdır:

Rüya tabirlerini burdan oku

“Depozitin ümumiyyətlə tətbiq edilməsi qəribə bir şey hesab olunmur. Depozit xidməti həmin məkanda kütləvi tədbir keçirilirsə, paket şəklində xidmət göstərilərsə, o zaman tələb edilir. Sahibkar itkiyə getməmək şərti ilə depozitdən istifadə edə bilər. Bu çoxdan qəbul olunmuş bir təcrübədir. Amma tətbiq olunduğu yer, məkan məsələsi qarışdırılmamalıdır.

Mən özüm də şahid olmuşam. Bu yaxınlarda çimərliklərə üz tutmuşuq, orada depozit tələb olunurdu. Düşünürəm ki, öncə sahibkarlar depozitin mahiyyətini və tətbiq mexanizmini anlayıb daha sonra bu üsula əl atmalıdırlar. Depozit anlayışını ölkənin ictimai iaşə sektorunda düzgün anlamayanların sayı az deyil. Burada fürsətçilik, spekulyasiya faktları ilə üzləşirik, depozit anlayışının müştərilər və müəssisələr tərəfindən yanlış tərif edilməsini də müşahidə edirik.

Bu məsələyə insafla yanaşmaq lazımdır. Sahibkarlar istehlakçının hüquqlarının pozulmaması nöqteyi-nəzərindən də diqqətli olmalıdırlar. Müştəri getdiyi restoranda sadəcə çay da içə bilər. Amma ona masanın depozit qiyməti barədə təklif olunub, mütləq qaydada yemək sifariş etməli olduğu deyilərsə, burada istehlakçı hüquqları hardasa pozulur”.

“Ölkədə restoran biznesini tənzimləyən hüquqi bazamız zəifdir” -

Vəziyyətdən çıxış yolunun istehlakçı hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilməsi olduğunu qeyd edən Samir Dübəndi hesab edir ki, bu kimi məqamlar ölkəyə istirahət üçün üz tutan turistlərin də narazılığına səbəb olur:

“Hər halda dövlət, ictimai qurumlar tərəfindən müəyyən tənzimləyici mexanizmlər olmalı, aktlar tərtib edilməlidir. Biz də monitorinqlər keçiririk, amma bizim səlahiyyətimizdə hər hansı təsir mexanizmi yoxdur. Sahibkarlar mənafelərini hər şeydən üstün tuturlar. Bu işdə kütləvi informasiya vasitələrinin də köməyi cəmiyyətin maariflənməsinə, hüquqlarını tələb etməsinə səbəb olacaq. Mütəmadi olaraq mütəxəssislərlə diskussiyalar aparmaq bu yolda problemlərin aradan qalxmasına kömək edə bilər”.

Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirdilər ki, sahibkarlıq fəaliyyəti haqqında Qanuna əsasən, eyni zamanda beynəlxalq təcrübəyə uyğun olaraq, ümumiyyətlə, depozit məbləğin tutulmasını qadağan edən hər hansı normativ sənəd yoxdur:

“Öz ticarət və xidmət qaydalarını müəyyən etmək hər bir sahibkarın hüququdur. Masaya və ya hansı kabinetə görə ödənişlərin məbləği barədə istehlakçıya əvvəlcədən məlumat verilməlidir. Yəni ödəniş edilərkən deyil, istehlakçı həmin müəssisə barəsində istər telefon danışıqları zamanı, istər yaxınlaşdığı zaman əvvəlcədən bütün məlumatlar sahibkar tərəfindən verilməlidir. İstehlakçıdan alınacaq məbləğin nəyə görə tutulduğu, əlavə ödənişlər barədə izah verilməlidir. İstehlakçının isə sərbəst seçim etmək hüququ var. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən, istehlakçını ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çay #olmaz #mütləq #yemək #yeməlisən

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu