“Çelsi” razılıq verdi – Türk klubuna transfer olur
BEY.AZ informasiya agentliyi xəbər verir
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino fransalı müdafiəçi Malanq Sarrlanın klubdan göndərilməsinə razılıq verib.
Metbuat.az xəbər verir ki, “Çelsi” 24 yaşlı futbolçunun icarəyə verilməsini istəyir. “Football İnsider”in xəbərinə görə, futbolçunun Türkiyədəki klublardan birinə icarəyə verilməsi irəli sürülüb. Bildirilib ki, digər Avropa ölkələrində transfer dövrü yekunlaşdığına görə, müdafiəçinin təcrübə toplaması üçün ən uyğun seçim Türkiyə klublarıdır.
Qeyd edək ki, baş məşqçi Poçettinonun planları arasında olmayan futbolçu bu mövsüm heç bir matçda heyətə daxil edilməyib. 2020-ci ildə pulsuz transfer edilən, Monako və Portuya icarəyə göndərilən fransalı müdafiəçinin “Çelsi”də həftəlik 120 min funt-sterlinq qazandığı bildirilib. Futbolçunun müqaviləsi 2025-ci ildə başa çatacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çelsi #razılıq #verdi #Türk #klubuna #transfer #olur