“Çelsi” və “İnter” arasında nəhəng transfer mübadiləsi
“Çelsi”nin 24 yaşlı vingeri Mixail Mudrik 2025-ci ilin qış transfer pəncərəsində klubu tərk edə bilər.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Mudrik “Çelsi”nin “İnter”in ulduz hücumçusu Lautaro Martinezlə mübadilə etməyi planlaşdırdığı üç oyunçudan biri ola bilər. Nəşrin yazdığına görə, “İnter” Martinezlə müqaviləni bu yaxınlarda uzadıb və buna görə də ona 100 milyon avrodan aşağı qiymətə satmayacaq.
Hücumçunun yüksək qiymətini bilən “Çelsi” tam məbləği ödəmək əvəzinə alternativ təklif etmək qərarına gəlib. London klubu Martinezin müqabilində üç oyunçu təklif edə bilər: Benoit Badiashile, Carney Chukwuemeka və Mixail Mudrik.
Mixail Mudrik performansı ilə “Çelsi” rəhbərliyini məyus edir. Klubun idarə heyəti ümidləri doğrultmayan futbolçuya yüksək maaş verməyə davam edə bilməyəcəklərini anlayaraq, onun gedişi üçün variantları araşdırır.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |