fbpx

“Çelsi”nin baş məşqçisi hakimi tənqid edib

BEY.AZ informasiya agentliyi xəbər verir


UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Tomas Tuxel “Real Madrid“lə oyunu idarə edən hakimi tənqid edib.

Metbuat.az xəbər verir ki, 49 yaşlı mütəxəssis London təmsilçisinin hesaba alınmayan qolu ilə bağlı hakim Şimon Marçinyakın qərarından narazı qaldığını bildirib.

63-cü dəqiqədə “zadəganlar” 3-cü qolu vurub, lakin VAR Markos Alonsonun əllə oynadığını əsas gətirərək qolu qeydə almayıb. Baş məşqçi qeyd edib ki, hakim həmin epizodu izləməyib:

“Həm də onun həmkarım Karlo Ançelotti ilə yaxşı vaxt keçirməsindən məyus oldum. Hakimin oyundan sonra rəqib baş məşqçi ilə birlikdə gülümsədiyini və yüksək səslə güldüyünü gördüm”, – deyə o qeyd edib.

Qeyd edək ki, Londonda “Çelsi”ni 3:1 hesabı ilə məğlub edən “Real Madrid” yarımfinala yüksəlib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin