Cem Adrian Bakıda çıxış edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Oktyabrın 15-də Bakı Konqres Mərkəzində möhtəşəm səsi və musiqiləri ilə hərkəsin sevimlisi, bassdan sopranaya qədər bütün səs temberlərində ifa edən Bosniya əsilli türkiyəli ifaçı Cem Adrian yenidən Bakıda heyranlarının qarşısına çıxacaq.
Metbuat.az xəbər verir ki, musiqidə sərhədlər, tərzlər və qaydalardan kənar olan, 7 oktavalıq səsin 4.5-5 oktavasından istifadə edə bilən güclü səsi və möhtəşəm performansı ilə C.Adrian azərbaycanlı musiqisevərləri üçün sevilən mahnılarını oxuyacaq.
Qeyd edək ki, Türkiyənin Ədirnə şəhərində dünyaya gələn müğənni ilk olaraq etnik qrup “Mystica” qrupunda solist və rəqqas kimi fəaliyyət göstərib. Elə həmin vaxt işlədiyi radio stansiyanın studiyalarında özünün bəstələdiyi 250 mahnı yazdırıb. 2005-ci ilin fevral ayında Cem Adrianın ilk albomu işıq üzü görür. Həmin ildə ifaçı silsilə konsert proqramları ilə çıxış edərək, bir çox beynəlxalq musiqi festivallarında iştirak edib. Daha sonra ifaçının digər musiqi albomları işıq üzü görüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.