fbpx

Çempionlar Liqası matçının yeri dəyişdirildi



Asiya Çempionlar Liqasında keçiriləcək “İstiqlal” – “Əl-Nəsr” matçının yeri dəyişdirilib.

BEY.AZ xəbər verir ki, təhlükəsizlik səbəbilə oyun İranda deyil, Dubayda keçiriləcək. Asiya Futbol Konfederasiyasının bu qərarı Hindistan tərəfindən etirazla qarşılanıb. Çünki, bir neçə gün əvvəl Hindistanın “Mohun Bagan Super Giants” komandası İranda oynamaqdan imtina etdiyi üçün turnirdən qovulub. “Asiya Futbol Konfederasiyası İrandakı vəziyyətin nə qədər təhlükəli olduğunu anladı və buna görə də bir çox matçın vaxtını və ya yerini dəyişdirdi”, – “Mohun Baqan” rəsmisi deyib.

“Mundo Deportivo”nun məlumatına görə, klub rəsmisi əlavə edib ki, onlar İranda baş verən qeyri-sabitliklə bağlı dəfələrlə Asiya Futbol Konfederasiyasına xəbərdarlıq ediblər. İranda təhlükəsizliklə bağlı problemlər təkcə bu matçla məhdudlaşmır. “Traktor”un Tacikistanın “Ravşan” komandası ilə oyunu da səfərdə keçiriləcək. Bundan başqa, DÇ-2026-nın seçmə mərhələsində İran millisi ilə Qətər arasındakı oyun da Dubayda keçiriləcək.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin