Çempionlar Liqası: “Real Madrid” PSJ-ni məğlub etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.
Metbuat.az xəbər verir ki, gecənin ən maraqlı qarşılşaması Fransa PSJ-si İspaniyada “Real Madrid” arasında keçib. İlk matçda PSJ rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Paris təmsilçisi səfərdə 1:3 hesabı ilə uduzub.
39-cu dəqiqədə PSJ-nin ulduz hücumçusu Kilian Mbappe hesabı açıb. Hesab 1:0. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə “Real Madrid“in oyunçusu Kərim Benzema het-trik edəörək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Digər cavab younu isə İngiltərənin “Mançester Siti” klubu ilə Portuqaliya “Sportinq”i arasında olub. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.